Bu gün Azərbaycanın xalq şairi, görkəmli görkəmli ədəbiyyatçı alim Bəxtiyar Vahabzadənin doğum günüdür. KƏLAMİNFO xəbər verir ki, B.Vahabzadə 16 avqust 1925-ci ildə Şəki şəhərində anadan olub. B.Vahabzadə 1947-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib və universitetin nəzdində aspiranturaya qəbul olunub. B. Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifidir. Dövlət Akademik Milli Dram Teatrının səhnəsində onun “Vicdanâ€�, “İkinci səsâ€�, “Yağışdan sonraâ€�, “Yollara iz düşürâ€�, “Fəryadâ€�, “Özümüzü kəsən qılıncâ€�, “Cəzasız günahâ€�, “Dar ağacıâ€� pyesləri tamaşaya qoyulub. Şair, tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. Onun məhşur “Gülüstanâ€� poeması hələ SSRİ dövründə Azərbaycanın ictimai mühitində milli ruhun oyanmasında əvəzsiz rol oynayıb. Xalq şairi 13 fevral 2009-cu ildə Bakıda dünyasını dəyişib.