Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi 11 avqust saat 10:00-dək uzadılıb. Bu barədə məlumatı KƏLMAİNFO-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər.
Abituriyentlər qeyd olunan vaxtadək internet vasitəsilə qəbul olmaq istədikləri ixtisasların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsiâ€�nə daxil etməli və ərizələrini təsdiq etməlidirlər.