TQDK sədri: “ “Prezident təqaüdüâ€�nə layiq görüləcək abituriyentlərin siyahısı hələ müəyyənləşdirilməyibâ€�
Ali məktəblərə qəbul imtahanları nəticəsində yüksək bal toplayaraq “Prezident təqaüdüâ€�nə layiq görüləcək abituriyentlərin siyahısı hələ müəyyənləşdirilməyib. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, ölkə prezidentinin fərmanına uyğun olaraq, hər il Azərbaycanda 100 nəfər, eləcə də Naxçıvan Muxtar Respublikasında 3 nəfər abituriyent prezident təqaüdünə layiq görülür. M. Abbaszadə ötən illərdə olduğu kimi, bu il də ənənəvi olaraq, həmin sayda abituriyentin “Prezident təqaüdüâ€�nə layiq görüləcəyini söyləyib.