Xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd vermiş abituriyentlər bəlli oldu
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd vermiş abituriyentlərin nəticələrini açıqlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər.
Cari tədris ili üçün xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd vermiş abituriyentlər arasında müvafiq ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə keçirilib. Fövqəladə Hallar Nazirliyinin “Fövqəladə hallar və həyat təhlükəsizliyiâ€� ixtisasına keçid balı 331, “Yanğın təhlükəsizliyiâ€� ixtisasına isə keçid balı 274 olub.
Tibb Universitetinin “Hərbi həkim işiâ€� ixtisasına keçid balı 363, C.Naxçıvanski adına Hərbi Liseyə müsabiqə nəticəsində keçid balı 210, H.Əliyev adına Hərbi Liseyə (Naxçıvan ş.) isə 150 bal olub. Qəbul olmuş tələbələrin siyahısı müvafiq nazirliklərə göndərilib.