Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi daha 32 dini icmaya qeydiyyat şəhadətnaməsi təqdim edib. KƏLAMİNFO xəbər verir ki, şəhadətnamə alan icmalardan 30-u islam, 2-si isə gürcü pravoslav icmasıdır.
Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib ki, “Dini etiqad azadlığı haqqındaâ€� AR Qanununa edilən dəyişikliklərə uyğun olaraq dini qurumlar qeydiyyat keçmədən fəaliyyət göstərə bilməz.
H.Orucov rəhbərlik etdiyi komitəyə qeydiyyata alınmaq üçün 782 dini icmanın müraciət etdiyini söyləyib. “Onlardan 748-i islam təmayüllü, 34-ü qeyri-islam təməyüllüdür. Bu günə kimi 425 dini icma dövlət qeydiyyatından keçib, onlardan 408-i islam, 17-i qeyri-islam təmayüllü (9 xristian, 6 yəhudi, 1 krişna, 1 – bəhai) icmalardır. Qeydiyyata alınanlardan 302-si təkrarən qeydiyyata alınan dini icmalardırâ€�,-deyə H.Orucov vurğulayıb.
Onun sözlərinə görə, 11 dini icmanın müraciətinə baxılandan sonra onların qeydiyyatla bağlı müraciətinə rədd cavabı verilib. “Buna səbəb qeydiyyat üçün sənədlərin lazımı qaydada hazırlanmaması, tələblərə cavab verməməsidirâ€�,-deyə komitə sədri əlavə edib.