“EKO-2010â€� Gənclər Koalisiyası 22 iyul Milli Mətbuat Günü ilə bağlı jurnalist yazı müsabiqəsini davam etdirir
“Eko–2010“ Gənclər Koalisiyası “Ekologiya iliâ€� çərçivəsində həyata keçirdiyi silsilə tədbirlərin davamı olaraq növbəti tədbirini “Yaşıl Turizm hədəfimizdirâ€� adı ilə 22 iyul Milli Mətbuat Gününə həsr edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya “Eko-2010“ Gənclər Koalisiyasından veriblər.
Məqalə müsabiqəsi formatında reallaşacaq tədbirin başlanğıcı 24 iyun 2010-cu ildə tarixdən başlanıb. Müsabiqədə “Heydər Əliyev irsi və Azərbaycanda ekoloji siyasətâ€�, “Ekologiyanın qorunmasında və ekoloji təbliğatda KİV-lərin roluâ€�, “Ekologiyamızı qoruyaq: hər yeni fikir, hər yeni ideya bizi uğura daha da yaxınlaşdırırâ€� istiqamətli mövzular yer alıb.
Məqalələri hər jurnalist çalışdığı və yaxud da əməkdaşlıq etdiyi mətbuat orqanında çap edə bilər. Məqalənin sonunda “bu məqalə “Eko-2010â€� Gənclər Koalisiyasının elan etdiyi müsabiqəyə təqdim olunmaq üçün verilirâ€� sözlər yazılmalıdır. Məqalələr çap olunduqdan sonra Koalisiyaya bu barədə məlumat verilməlidir. Həmçinin məqalələr elektron variantda Koalisiyanın e-mail ünvanına göndərilməlidir. (Əlaqə vasitələri: (050) 518 34 34; (055) 211 34 37; (012) 511 05 54; eko2010@box.az; ekogencler@mail.ru)
İyulun 10-da yekunlaşan müsabiqənin qalibləri iyulun 14-də ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 41-ci ildönümü münasibətilə keçiriləcək tədbirdə mükafatlandırılacaqlar. Mükafatlardan biri də müsabiqənin qalibi olan jurnalistlər (15 nəfər) üçün “Yaşıl Turizm hədəfimizdirâ€� layihəsi çərçivəsində regionlarımızda fəaliyyət göstərən istirahət guşələrinin birində bir həftəlik Yay Məktəbi nəzərdə tutulub. İstirahət müddətində jurnalsitlər həmin regionda ətraf mühit, ekologiyanın qorunması ilə bağlı aparılan işlərlə əlaqədar yazılar hazırlayacaqlar. Həmin yazılar sonra jurnalistlərin çalışdıqları mətbuat orqanında nəşr olunacaq. Bu da “Yaşıl Turizm hədəfimizdirâ€� layihəsinin ən vacib şərtlərindən biridir.
Xatırladaq ki, “EKO -2010 â€�Gənclər Koalisiyası 9 may 2010-cu ildə təsis olunub. 2010-cu ilin sonuna qədər proqram layihələri həyata keçirməyi planlaşdıran Koalisiya təsis olunması ilə həm də ölkə prezidenti İlham Əliyevin təşəbbüsünə dəstək olub. Koalisiyanın yaradılmasında əsas məqsəd ayrı-ayrı dövlət, Qeyri-Hökumət Təşkilatları, Gənclər Təşkilatları, Kütləvi İnformasiya Vasitələri və müvafiq təsir imkanları olan hüquqi və fiziki şəxsləri ekoloji problemlərin həllinə yönəlmiş layihələrin həyata keçirilməsinə cəlb etmək, əhali arasında maarifləndirmə tədbirləri və aksiyaları təşkil etməkdir. Koalisiyaya üzvülük açıqdır. Ekoloji problemlərin həllinə yönəlmiş layihələrin həyata keçməsində özünü görə bilən hər bir hüquqi və fiziki şəxs koalisiyanın üzvü ola bilər. Koalisiya ilk tədbirini ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr etdiyi “Ruhu Milli varlığımız, Məzarı–And yerimizâ€� adlı layihə ilə başlayıb.
“Eko – 2010“ Gənclər Koalisiyasının həyata keçirdiyi layihələrə “Azərsunâ€� Holdinq, “Mətanət Aâ€� Şirkəti və “Millennium Turizmâ€� Şirkəti dəstək göstərir. Qeyd olunan şirkətlər “Eko–2010“ Gənclər Koalisiyasının tam hüquqlu üzvləridir və eyni zamanda tədbirlərinin təşkilatçılarındandır .
“Eko–2010“ Gənclər Koalisiyasına AZADİNFORM, Ria-Novosti və SƏS İnformasiya Agentlikləri informasiya dəstəyi verir.