YAP-ın Nəsimi rayon təşkilatı “İnsanlara sayğı, təbiətə qayğıâ€� adlı kampaniya keçirir
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı “İnsanlara sayğı, təbiətə qayğıâ€� adlı kampaniya keçirir. Bu barədə məlumatı KƏLAMİNFO-ya YAP-ın Nəsimi rayon təşkilatından veriblər.
YAP-ın Nəsimi rayon təşkilatı “Ekologiya iliâ€� çərçivəsində həm təbiətimizə, həm də ruhi xəstəlikdən əziyyət çəkən insanlarımıza qayğı göstərmək məqsədi ilə “İnsanlara sayğı, təbiətə qayğıâ€� adlı kampaniyaya start verib. Rayon təşkilatından verilən məlumata görə, kampaniya ərzində artıq bir neçə tədbir keçirilib, Maştağa qəsəbəsində yerləşən Ruhi Əsəb Xəstəxanasında 40 hektardan artıq həyətyanı sahədə ağaclar əkilib və orada müalicə alan insanlarla bədii və sosial proqramlı görüşlər keçirilib.
Qeyd edək ki, bu informasiya AZADİNFORM İA-nın Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yardımı ilə həyata keçirdiyi “KİV-də ekoloji maarifçiliyin dəstəklənməsiâ€� layihəsi çərçivəsində hazırlanıb.