Ombudsman “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının Fəxri üzvü diplomu ilə təltif edilib
Bu günlərdə Ombudsman Elmira Süleymanova “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının Fəxri üzvü diplomu ilə təltif edilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Ombudsman Aparatından veriblər.
E.Süleymanova bu diploma Azərbaycanda ruhi-əqli, mənəvi və hüquqi mədəniyyətin inkişafına verdiyi töhfəyə, şəxsi mədəniyyətinə və bu assosiasiyanın fəaliyyətinə dəstəyinə görə layiq görülüb.
Xatırladaq ki, bundan əvvəl E.Süleymanova Azərbaycan və dünya mədəniyyətinin inkişafı, demokratiya, sülh və vətəndaş cəmiyyəti mədəniyyətinin tərəqqisində fəal iştirakına görə həmin qurumun “Mədəniyyət səfiri” ictimai fəxri adına və “Simurq” Xatirə medalına layiq görülüb.