“AZADİNFORMâ€� İA “KİV-də ekoloji maarifçiliyin dəstəklənməsiâ€� layihəsinin birinci mərhələsini başa çatdırıb
“AZADİNFORMâ€� İnformasiya Agentliyi Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə həyata keçirdiyi “KİV-də ekoloji maarifçiliyin dəstəklənməsiâ€� layihəsinin birinci mərhələsini uğurla başa çatdırıb. Bu barədə məlumatı “AZADİNFORMâ€� İA-nın redaktoru, layihə rəhbəri Niyaz Niftiyev verib.
N.Niftiyev bildirib ki, layihənin əsas məqsədi “Ekologiya iliâ€� çərçivəsində ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi işini təşkil etməkdən ibarət olub. Layihənin icrası çərçivəsində ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəldilmiş Dövlət və Milli proqramların yerinə yetirilməsi ilə bağlı görülən işlər və mövcud problemlərin mətbuatda təbliğ etdiklərini bildirən N.Niftiyev birinci mərhələdə AZADİNFORM İA-da 35 informasiya, digər KİV-lərdə isə 10-dan çox maarifçilik xarakterli məqalə yaydıqlarını bildirib.
“Ekologiya iliâ€� çərçivəsində dövlət və qeyri-hökumət təşkilatlarının həyata keçirdiyi işləri mətbuatda təbliğ olunub. Onların keçirdiyi tədbirlər, görüşlər tərəfimizdən ictimaiyyətə çatdırılıb. Hazırlanan materiallar – informasiyalar, məqalələr əsasən maarifləndirici xarakter daşıyıbâ€�,-deyən N.Niftiyev “AZADİNFORMâ€� İA-nın internet səhifəsində (www.azadinform.az) “KİV-də ekoloji maarifçiliyin dəstəklənməsiâ€� adlı ayrıca rubrikanın yaradıldığını, layihə müddətində görülən bütün işlərin bu rubrikada yerləşdirildiyini söyləyib.
“Layihənin icrası zamanı əhalinin maarifləndirilməsi vəzifəsini yerinə yetirərək ekoloji təbliğat gücləndirilib, respublika ərazisində keçirilən tədbirlərin icraçı KİV-də və digər mətbu nəşrlərdə işıqlandırılmasına nail olunub, əhalinin ekoloji maariflənməsinə xidmət edən müxtəlif kütləvi tədbirlərin həyata keçirilməsinə dəstək göstərilib, həyata keçirilən yaşıllaşdırma, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə siyasəti daha geniş təbliğ olunubâ€�,-deyən layihə rəhbəri bütün işlərin nəzərdə tutulan qrafikə uyğun keçirildiyini söyləyib.