Sumqayıtda ARDNŞ-nin “Azərikimyaâ€� İstehsalat Birliyi şəhər Təhsil şöbəsi ilə birgə təşkil etdiyi I Şəhər Ekoloji Forumu başlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Sumqayıt şəhər İcra Hakimiyyətindən veriblər.
Forum çərçivəsində Sumqayıt şəhər ümumtəhsil məktəbliləri arasında “Ekologiya və ətraf mühitin qorunması, təbiət bizim sərvətimizdirâ€� rəsm sərgisi, “Tullantıların ikinci həyatıâ€� sərgi-müsabiqəsinin və “Ekologiya və elmi-texniki tərəqqi’ mövzusunda inşa müsabiqəsi keçirilib.
Ekoloji Forumun məqsədi ekologiya və təbiətin mühafizəsi sahəsində müxtəlif təşkilatlar arasında təcrübə mübadiləsi, əməkdaşlığın inkişafı və gücləndirilməsi, şəhərin ekoloji problemlərinə geniş ictimaiyyətin diqqətini cəlb etməkdir.
Qeyd edək ki, bu informasiya AZADİNFORM İA-nın Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yardımı ilə həyata keçirdiyi “KİV-də ekoloji maarifçiliyin dəstəklənməsiâ€� layihəsi çərçivəsində hazırlanıb.