Bakıda “Ekoturizmin inkişafında ekoloji, iqtisadi və mədəni üstünlüklərin müəyyən edilməsinin əsasları” mövzusunda konfrans keçiriləcək
İyunun 10-u 12-də Bakıda Mədəniyyət və Turizm, Ekologiya və Təbii Sərvətlər nazirlikləri birgə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Ekoturizm üzrə 2-ci Ekspert Qrupunun görüşü və “Ekoturizmin inkişafında ekoloji, iqtisadi və mədəni üstünlüklərin müəyyən edilməsinin əsasları” mövzusunda beynəlxalq konfrans təşkil edəcəklər. KƏLAMİNFO xəbər verir ki, tədbirlərdə İƏT-ə üzv olan dövlətlərin nümayəndələrinin iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan İƏT tərəfindən ekoturizm üzrə fəaliyyət proqramının əlaqələndiricisi təyin olunub.