Sabah Milli Məclisin növbədənkənar sessiyasının iclası keçiriləcək
Sabah Milli Məclisin növbədənkənar sessiyasının iclası keçiriləcək. Parlamentdən KƏLAMİNFO-ya verilən məlumata görə, iclasda “Azərbaycan Hökuməti və Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqındaâ€� Anlaşma Memorandumunun təsdiq edilməsi barədəâ€�, “Asiyada Qarşılıqlı Əlaqə və Etimadyaratma Tədbirlərinə dair Konfransın Katibliyinin Nizamnaməsində dəyişiklik edilməsi haqqındaâ€� Protokolun təsdiq edilməsi barədəâ€�, “Azərbaycan və Estoniya prezidentlərinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqındaâ€�, Azərbaycan hökuməti ilə Estoniya və Yunanıstan hökumətləri arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması, təbii fəlakətlərin və texnogen qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, diplomatik pasportlara malik şəxslər üçün viza tələbinin ləğvi ilə bağlı sazişlərin təsdiqi barədə, eləcə də “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqındaâ€�, “Azərbaycanın Hərbi Doktrinasının layihəsi haqqındaâ€� qanun layihələri müzakirə olunacaq, Mərkəzi Seçki Komissiyasının üzvləri seçiləcək.