“Halal məhsulâ€� standartı layihəsinin müzakirəsində fikir ayrılıqları olub
İslam Konfransı Təşkilatının (İKT) təşəbbüsü ilə hazırlanan “halal məhsulâ€� standartının layihəsinə bu günlərdə Türkiyənin İstanbul şəhərində baxılıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən KƏLAMİNFO-ya verilən məlumata görə, müzakirələrə 25 müsəlman ölkəsinin nümayəndələri qatılıb.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nümayəndələrinin də iştirak etdyi tədbirdə “Halalâ€� seriyalı standartlar qrupunun qəbulu prosesində əsas diqqət çəkən məqamlar müzakirə olunub. “Halal məhsulâ€� standartının bəzi müddəalarında fikir ayrılıqları olduğundan Ali İslam Akademiyasına müraciət olunub. Akademiyanın rəyindən sonra növbəti iclas keçiriləcək.