Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    DUBAY - bu şəhəri ancaq görməklə kəşf etmək olar. I yazı
    Dubayın ilk qənaətcil hava yolları olan “flydubai” şirkətinin maliyyə dəstəyi və "RED Communications PR və BTL" Agentliyinin təşkilatçılığı ilə Dubaya gedəcək mətbuat nümayəndələri arasında olduğumu eşidəndə çox həyəcanlanmışdım. Etiraf edim ki, Şərqin bu əsrarəngiz şəhərini görmək və tanımaq çoxdankı arzum idi. Azərbaycanda Dubayı daha çox Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin məlumatları və şəhərdən departasiya edilən “qədim peşə sahibləri” olan “soydaşlarımız” barədə xəbərlərlə tanayırıq. Elə Dubaya gedəcəyimi eşidəndə bəzi tanışlarım da mənə bununla bağlı atmacalar atmaqdan çəkinmirdilər. Dubayda olduğum müddətdə isə yəqin etdim ki, bu şəhəri ancaq görməklə kəşf etmək olar.

    "flydubai" şirkəti və "RED Communications PR və BTL" Agentliyinin sayəsində Dubaya getmək arzum reallığa çevrildi. Əvvəlcədən müəyyənləşdirilmiş vaxtda Heydər Əoiyev adına Beynəlxalq Hava Limanında toplaşdıq. Elə qrup üzvləri ilə tanışlığımız da hava limanında başladı. Baxmayaraq ki, onların bəziləri mənə tanış idi. Qrup üzvləri arasında müxtəlif media təmsilçiləri olsa da nədənsə rusdilli mətbuat orqanlarına daha çox üstünlük verilmişdi. 
    Qrupa rəhbərlik edən "RED Communications PR və BTL" Agentliyinin Baş direktoru Tatyana Mikayılova və şirkətin əməkdaşı Tariyel Cəlallı elə hava limanında bizi səfər proqramı barədə məlumatlandırdı.
    “flydubai” şirkətinin Bakı-Dubay reysilə uçan təyyarəsinə minib Dubaya yola düşdük. Əlbəttə, Dubayı görmək arzusu hər birimizin ürəyincə idi. Bakı ilə Dubay arasındakı 2 saat 50 dəqiqəlik zamanın necə keçdiyini hiss etmədən Dubay Beynəlxalq Aeroportunda olduq.



    Gün ərzində Dubaya 1 milyon insan daxil olur və ya…



    Dubay Beynəlxalq Aeroportuna ayaq basan kimi, o dəqiqə əsl Şərq ölkəsinə gəldiyini hiss edirsən. Ətrafda hər şey səni Azərbaycan reallıqlarından ayırır və səni min bir gecə nağılının personaylarından biri kimi təsəvvür etməyə kökləyir. Dubay özü şəhər kimi Bakıdan kiçik olsada Hava Limanı bizimkindən bir neçə dəfə böyükdür. Şəhərin inkişafı, gözəlliyi və böyüklüyünü hava limanındaca anlayırsan. Aeroporta daxil olan kimi insanın burnuna gülab qoxusuna bənzər iy gəlir. Şərqin isti havası isə  aeroportun binasından çıxan kimi adamı öz ağuşuna alır. Hava limanında isə gözümüzə cürbəcür millətlərdən olan turistlər, aeroport işçiləri və milli geyimdə olan məmurlar dəyir.
    Qeyd edək ki, Dubaya qonaq vizası 60 günlük (uzatmaq olar), turist vizası 30 günlük, xüsusi giriş icazəsi isə 14 günlükdür. Ölkədə əlavə qalmaq üçün hər günə 28 dollar cərimə ödəmək lazımdır. Gün ərzində isə Dubaya təxminən 1 milyona yaxın insan daxil olur və ya şəhəri tərk edir.
    Aeroportda bizim üçün ayrılan avtobusa minib qalacağımız “Premier Inn” otelinə yolandıq. Avtobus otelə məxsusdur və hər yarım saatdan bir oteldən aeroporta və geriyə işləyir – otelin müştərilərinə pulsuz xidmət göstərir. Aeroport o qədər böyükdür ki, ərazini tərk etmək üçün təxminən 15-20 dəqiqə vaxt lazımdır.



    Dubayda insanların üzündə gərginlik hiss olunmur



    “Premier Inn” otelində bizi mehmanxananın gülərüz personalı qarşılayır. Ümumiyyətlə, Bakıdan fərqli olaraq Dubaydakı insanların üzündə gərginlik, aqressivlik hiss olunmur, həm yerli əhali, həm də turistlər çox sakit və səmimi görünürlər.
    “Premier Inn” otelində bizim üçün ayrılan fərdi otaqlarda yerləşirik. Oteldə quraşdırılmış iri plazma ekranlı televizorda 40 yaxın telekanala baxmaq mümkündür. Bunlara Birləşmiş Ərəb Əmirliyinin yerli telekanallarıyla yanaşı, “CNN”, “BBC”, “CNBC” kimi TV-lər də daxildir. Yerli telekanallarda müxtəlif ölkələrin filmlərilə yanaşı, Türkiyənin məşhur “Kurtlar vadisi-Pusu”, “Tək Türkiyə” və adını unutduğum teleseriallar ərəb dilində dublyajla nümayiş etdirilir.
    “Premier Inn” oteli Dubayın bahalı otellərindən sayılmasa da, xidmətləri, səliqəli və rahat olması ilə seçilir. 
    Qeyd edim ki, Dubayda 1000-ə yaxın otel fəaliyyət göstərir. Burada qiymətlər də müxtəlifdir. Məsələn, “Premier Inn” otelində qiymətlər 80-100 dollardan (bir sutkalıq) başlayır. Ancaq bir gün üçün 2500 avro tələb olunan otellər də var.  Dubayda öyrəndik ki, artıq insanlar daha çox qənaətcil otellərə üstünlük verirlər.



    Taksi sürücüləri səni bütün şəhəri “gəzdirə” bilərlər



    Səhər yeməyini oteldə yedikdən sonra Dubayla tanış olmaq üçün iki-iki, üç-üç şəhərə dağılışdıq. Qaldığımız otel mərkəzdən aralıda yerləşdiyindən   şəhərə taksi ilə getmək məcburiyyətində qaldıq. Dubayda taksi sürücüləri əsasən pakistanlı və hindistanlılardır. Şəhərin hər yerində olduğu kimi, onlarla da ingiliscə danışmaq lazım gəlir. Dubayda taksilərin hamısında taksometr quraşdırılıb, nə qədər yazsa, o qədər də ödəyirsən. Ancaq şəhəri tanımırsan və ingilis dilini bilmirsənsə, taksi sürücüləri taksometrin artıq yazması üçün səni bütün şəhəri “gəzdirə” də bilərlər. Mən və Xəzər TV-nin operatoru Namiqi “gəzdirdikləri”  kimi...
    Dubayın yollarına isə söz ola bilməz. Beş-altı, hətda səkkiz zollaqlı geniş və rahat yollarda avtomobillər sağa-sola şütüyürlər. Yollarda polisə nadir hallarda rast gəlmək olar. Adamda elə bir təəssürat yaranır ki, Dubayda ümumiyyətlə polis olmur.
    Haşiyə. Dubayda hava isti olduğu üçün insanlar gündüz saatlarında açıq havada o qədər də gəzmirlər. Yerli ərəblər lüks avtomobillərdən istifadə edir və bahalı villalarda yaşayırlar. Şəhərin xidmət sektorunda (yüksək vəzifələr istisna olmaqla) əsasən miqrantlar çalışır. Şəhərdə hindistanlı, çinli, pakistanlı və Afrikadan gələn miqrantlara addım başı rast gəlmək mümkündür. Adama elə gəlir ki, Dubayda yox Çinin, Hindistanın və yaxud da Pakistanın hansısa şəhərindəsən. 



    Adəm övladı nələrə qadirdir…



    Premier İnn otelində nahar etdikdən sonra “Madinat Jumeirah”  kompleksinə yollanırıq. “Madinat Jumeirah” Dubayın 5 ulduzlu mehmanxanalırndan sayılır. Kompleksin ərazisində ticarət mərkəzi, antiq əşyalar satılan hissə, süni yaradılmış göl həqiqətən də insanın zövqünü oxşayır. Komplekslə tanış olarkən Adəm övladının nələrə qadir olduğuna bir daha şahidlik edirsən. “Madinat Jumeirah”a əsasən xarici turistlər gəldiyi üçün burada qiymətlər nisbətən bahadır. Məsələn, burda hansısa bjuteriyanı (bəzək əşyası) Bakıda nisbətən ucuz qiymətə əldə etmək olar.



    Dubayda ÇL-nın finalına baxmağın ayrı ləzəti var



    Futbol azarkeşi olduğuma üçün Çempionlar Liqasının finalına baxa bilməyəcəyimi düşünürdüm. Ancaq qrup üzvlərindən mən və Eldar Premier İnn otelinə çatan kimi oyuna harada baxa biləcəyimizlə maraqlandıq. Öyrəndik ki, oyuna otelin barında baxmaq mümkündür. Axşam saat 22:30-da biz ingilis, ərəb və afrikalı futbol azarkeşləri ilə birlikdə böyük zövqlə oyunu izlədik.
     


    Bayram NİFTƏLİYEV
    Bakı-Dubay-Bakı
    (ardı var)


         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 2305
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2025
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    İyul.2025
    .......
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031