“İnformasiya cəmiyyətinin jurnalistiâ€� layihəsinin yekunlarına həsr olunan təqdimat mərasimi keçiriləcək
Sabah Multimedia Mərkəzi tərəfindən həyata keçirilən “İnformasiya cəmiyyətinin jurnalistiâ€� layihəsinin yekunlarına həsr olunan təqdimat mərasimi keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Multimedia Mərkəzindən veriblər.
Mərasimdə layihə çərçivəsində keçirilən treninqlərdə iştirak edən Jurnalistlərə Sertifikatlar təqdim olunacaq. Həmçinin “İnformasiya cəmiyyətinin jurnalistiâ€� mövzusunda keçirilən müsabiqənin qalibləri elan olunacaq və onlara diplomlar, hədiyyələr təqdim olunacaq.
Qeyd edək ki, bu il keçirilən “İnformasiya cəmiyyətinin jurnalistiâ€� layihəsi çərçivəsində 6 gün treninq keçirilib, 8 ekspert tərəfindən təlimlər aparılıb, 20 nəfər treninqləri uğurla başa vurub, Müsabiqəyə 14 yazı təqdim olunub.
Hər il keçirilən bu layihənin məqsədi ölkədə informasiya cəmiyyəti quruculuğuna dəstək vermək, bu ideyanı daha da populyarlaşdırmaq, İKT-dən cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarətdir. Layihə Azercell, HP və ULTRA şirkətləri tərəfindən dəstəklənir.