Azərbaycanın “Eurovision-2010â€� Mahnı Müsabiqəsindəki təmsilçisi Səfurə Əlizadə Oslo meri Fabian Stanqla görüşüb. KƏLAMİNFO müğənninin şəxsi saytına istinadən xəbər verir ki, Səfurə Əlizadə “Oslo City Hallâ€�da qəbul edilən ilk “Eurovisionâ€� iştirakçısıdır. F.Stanq qəbul zamanı Səfurə Əlizadə ilə söhbətləşib, Azərbaycan müğənnisi və onun nümayəndə heyəti ilə Azərbaycana kiçik bir ekskursiya edib. F.Stanq “Eurovisionâ€� Mahnı Müsabiqəsi və xüsusilə Səfurə haqqında çox danışıb. O bildirib ki, Səfurənin səsini sevir: “Məncə, mahnı pis deyil, Səfurəni çox istedadlı hesab edirəm, onun fantastik səsi var. Hesab edirəm ki, 28 May Azərbaycan Müstəqillik Günü 29 mayda Səfurənin çıxışı üçün stimul olacaqâ€�.
F.Stang Azərbaycanlı iştirakçıya milli hədiyyə, CD, köynək və promo paketi təqdim edib. Yaxın vaxtlarda ailə qurmağa hazırlaşan mer “Drip â€�u zümzümə edib və Səfurəyə gülümsəyərək: “Səni əbədi sevə bilərəmmi?â€�,-deyib.
Səfurə isə merə gələcək həyat yoldaşı ilə birlikdə ömürlük xoşbəxtlik arzulayıb.