“Dinşünaslıqâ€� ixtisası üzrə tələbə qəbulu elan olunub
Bakı İslam Universitetinə 2010/2011-ci tədris ili üçün “Dinşünaslıqâ€� ixtisası üzrə tələbə qəbulu elan olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər.
Müsabiqədə iştirak etmək istəyən abituriyentlər ali təhsil müəssisələrinin qəbul imtahanında iştirak etmək üçün doldurduqları “Elektron ərizəâ€�ni təsdiq etdirdikdən sonra cari il mayın 31-dək Bakı İslam Universitetində təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün şəxsiyyəti təsdiq edən sənədin əslini, sağlamlıq haqqında arayış, 4 ədəd 3x4 ölçüdə fotoşəkil və təsdiq olunmuş elektron ərizənin surəti tələb olunur.