“Sənətşünaslıq və fəlsəfə: fənlərarası metodologiyaâ€� mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
Mayın 25-26-da AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun, Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə “Sənətşünaslıq və fəlsəfə: fənlərarası metodologiyaâ€� mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, konfransda Azərbaycan, Rusiya, İran, Qazaxıstan, Türkmənistan, Misir və digər ölkələrin alimləri mövzu ilə bağlı fikir mübadiləsi aparacaqlar.
Beynəlxalq konfransda “Etika və estetika ümumi əsaslar axtarışındaâ€�, “Türkoloji sənətşünaslıq və ənənəçilik fəlsəfəsiâ€�, “Nastolgiya və proqnoz – Qazaxıstan rəngkarlığında milli identiklik təzahürlərinin iki istiqaməti kimiâ€�, “Mədəniyyət sahəsində müqayisə metodu: sistemli informasiya yanaşmasıâ€�, “Türkmənistan xalq arxitekturasında bədii ənənələrâ€� və digər mövzularda məruzələr dinləniləcək.