Azərbaycan və Ermənistan XİN başçıları bir araya gələcəklər
Mayın 24-də Polşanın Sopot şəhərində Avropa İttifaqının “Şərq tərəfdaşlığıâ€� proqramına üzv ölkələrin xarici işlər nazirləri arasında qeyri-formal görüş keçiriləcək. KƏLAMİNFO “Armenia Todayâ€�a istinadən xəbər verir ki, nazirlər “Şərq tərəfdaşlığıâ€� proqramı çərçivəsində birgə fəaliyyətin perspektivlərinə dair müzakirə aparacaqlar.
Qeyd edək ki, bu proqram 2009-cu ilin mayında Polşa və İsveçin təşəbbüsü ilə yaradılıb. Burada Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna iştirak edir. Proqram bu ölkələrin Avropa İttifaqı ilə siyasi yaxınlaşması və iqtisadi inteqrasiyasını nəzərdə tutur.
Xatırladaq ki, görüş zamanı Azərbaycan və Ermənistan XİN başçılarının bir araya gəlməsi gözlənilir.