Naxçıvan MR Ali Məclisinin deputatı: “Bəzi qəzetlər Naxçıvan adı altında “alverâ€� edirlərâ€�
Mətbuat Şurası tərəfindən “reketçilikâ€� fəaliyyətlərinə görə adları “qara siyahıyaâ€� düşən mətbu orqanları sırasında “Böyük Naxçıvanâ€�, “Naxçıvan pressâ€�, “Müasir Naxçıvanâ€�, “Naxçıvanın səsiâ€� qəzetləri də var. Bu qəzetlərin Naxçıvan Muxtar Respublikası ilə heç bir əlaqəsi olmayıb. Sadəcə bir qrup “mətbuat dəllalıâ€� bu adda qəzetlər təsis etməklə öz çirkin məqsədlərini həyata keçirməyə çalışıblar. Bu barədə açıqlamanı KƏLAMİNFO-ya Naxçıvan MR Ali Məclisinin deputatı, əməkdar jurnalist Məmməd Məmmədov verib. M.Məmmədov bildirib ki, bu günədək Naxçıvan adı ilə bağlı 15-ə yaxın adda qəzet rəsmi qeydiyyatdan keçib, ara-sıra mətbu bazarımızdakı çoxçeşidli məhsullar sırasında görünə biliblərsə, onda onu necə də qınayasan? Onun sözlərinə görə, “Ulu Naxçıvanâ€�, “Böyük Naxçıvanâ€�, â€�Müasir Naxçıvanâ€�, “Yeni Naxçıvanâ€�, “Naxçıvanın səsiâ€�, “Naxçıvan bu günâ€�, “ Naxçıvan pressâ€� və s. adda qəzetlərin hansı amal və məzhəbə qulluq etmələri də heç kəsə aydın olmayıb.
“Necə deyərlər, “vətən təəsübündənâ€� gen-bol danışmağa cəhd edən “həmkarlarımızâ€� qaş qayırdıqları yerdə göz vurub çıxarmağı da bacarırlar. Elə olmasaydı öz əməlləri ilə iqtisadi blokada şəraitində yaşamasına baxmayaraq, bu gün sürətlə inkişaf edən bölgənin adına xələl gətirməzdilərâ€�,-deyə M.Məmmədov əlavə edib. M.Məmmədov bildirib ki, son illər ərzində mətbu sözünün saflığı uğrunda Naxçıvan Muxtar Respublikasında reket qəzetlərə qarşı aparılan mübarizə tədbirləri də diqqəti cəlb edib. “Bu səbəbdən həmin qəzetlərin çoxsaylı əməkdaşları bölgəyə üz tutmağı özlərinə rəva bilmirlər. Çünki burada onlara arxa, dayaq duran tapılmadığından, kor-peşiman geri qayıdırlar. Bu halda isə bəzi mətbuat dəllalları mərkəzdə Naxçıvan adı ilə bağlı öz mətbu orqanlarını yaratmaqla çirkin yollarla yaxşı qazanc əldə etməyə çalışıblar. Onların sonrakı obyektivlikdən uzaq, qərəzli fəaliyyəti də göz qabağındadır. Gərək əlaqədar qurumlar da bu barədə vacib tədbirlər həyata keçirsinâ€�,-deyə M.Məmmədov əlavə edib.