Bu gün TQDK-da coğrafiya fənni üzrə elmi-metodiki seminar keçirilib
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) coğrafiya fənni üzrə ilk elmi-metodiki seminar keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər.
Seminarda gündəlikdə duran məsələ ali məktəblərin II ixtisas qrupu üzrə coğrafiya fənnindən qəbul proqramının təkmilləşdirilməsi olub. Seminarda “Azərbaycanın fiziki coğrafiyasıâ€�, “Azərbaycanın iqtisadi və sosial coğrafiyasıâ€� və “Dünyanın iqtisadi və sosial coğrafiyasıâ€� bölmələrinin müzakirəsi aparılıb. Müzakirə edilən bölmələrə redaktə xarakterli düzəlişlər olunub və əlavələr edilib.
Qəbul proqramının “Landşaftlarâ€� bölməsində “dağ və düzən landşaftlarıâ€� ifadəsi “dağ (azonal) və düzən (zonal) landşaftlarıâ€� ifadəsi ilə əvəz olunub. “Landşaftlarâ€� bölməsinə “İnversiya landşaftlarıâ€�, “Azərbaycanın təsərrüfatıâ€� bölməsinə “ərazi-istehsal kompleksləriâ€� əlavə edilib.
“Dünyanın müasir siyasi xəritəsiâ€� bölməsindən “iqdisadi inkişaf səviiyəsinə görəâ€� ifadəsi təkrar olduğuna görə çıxarılıb. “Dünya əhalisiâ€� bölməsindən “İqtisadi coğrafiyaya aid çalışmalarâ€� ifadəsi proqramın sonuna “İqtisadi və sosial coğrafiyaya aid hesablama və çalışmalarâ€�şəklində keçirilib.
Geniş və hərtərəfli müzakirələrdən sonra II ixtisas qrupu üzrə “Coğrafiyaâ€� fənnindən qəbul proqramı təsdiq edilib.