Ağdaş rayon Mədəniyyət evində ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü, faşizm üzərində Qələbənin 65 illiyi münasibətilə rayon ictimaiyyətinin iştirakı ilə III ənənəvi Kitab Bayramı keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər.
Kitab bayramında balaca istedadların hazırladığı “Bacarıqlı əllərâ€� sərgisi iştirakçıların marağına səbəb olub. Sonra tədbir iştirakçıları “Zamanın lideriâ€�, “Əbədiyaşarlıq zirvəsiâ€�, “Gənclər vətən uğrundaâ€�, “Böyük Qələbə-65â€�, “Yazılsın tarixə bir qızıl xətləâ€�, “İncəsənətdə müharibə mövzusuâ€�, “Ədəbiyyatımızın nəsriâ€� kitab sərgiləri ilə tanış olublar. Tədbirdə rayon İcra Hakimiyyəti Aparatının məsul işçiləri və yerli mətbuat nümayəndələri iştirak ediblər.