Milli Məclisin növbəti iclası mayın 7-də keçiriləcək
Milli Məclisin növbəti iclası mayın 7-də keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya parlamentdən veriblər.
İclasda “Fərdi məlumatlar haqqındaâ€�, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqındaâ€�, “Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqındaâ€� və “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqındaâ€� qanun layihələri üçüncü oxunuşda müzakirəyə çıxarılacaq. Bundan əlavə, iclasın gündəliyinə “Pambıqçılıq haqqındaâ€� qanun layihəsi (ikinci oxunuş), “Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqındaâ€� Konvensiyasının təsdiq edilməsi barədəâ€� qanun layihəsi və “Bakı şəhərinin Əzizbəyov rayonu Xəzər rayonu adlandırılması haqqındaâ€� qanun layihəsinin müzakirəsi daxildir. İclasının gündəliyinə həmçinin, bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsi, eləcə də, bəzi beynəlxalq konvensiyalara qoşulmaq barədə məsələlər daxildir.