“Zirvədəki şəxsiyyətlərimizâ€� mövzusunda ədəbi-bədii tədbir keçiriləcək
Aprelin 30-da Cəlil Məmmədquluzadənin Bakıdakı ev-muzeyində “Zirvədəki şəxsiyyətlərimizâ€� mövzusunda ədəbi-bədii tədbir keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin “Bura Vətəndirâ€� Məclisi ilə birgə keçiriəcəyi tədbirdə “Molla Nəsrəddinâ€� jurnalının işıq üzü görməsində və nəşrində Cəlil Məmmədquluzadənin fəaliyyəti, onun Azərbaycan ədəbiyyatı və mətbuatında əvəzsiz xidmətindən, mollanəsrəddinçilərdən ətraflı söz açılacaq.
Tədbirdə C.Məmmədquluzadə yaradıcılığının tədqiqatçıları, Bakı muzeylərinin əməkdaşları iştirak edəcəklər.