Diplomat T.Musayev Nyu-York Universitetində Dağlıq Qarabağ problemi ilə bağlı mühazirə oxuyub
Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin müşaviri Tofiq Musayev Nyu-York Universitetinin dəvəti ilə beynəlxalq hüquq və münasibətlər üzrə təhsil alan tələbələr qarşısında “Ermənistan və Azərbaycan arasında silahlı münaqişə: köklü səbəblər, nəticələr və həll üçün beynəlxalq hüquqi əsasâ€� mövzusunda mühazirə ilə çıxış edib. Daimi nümayəndəlikdən KƏLAMİNFO-ya bildiriblər ki, mühazirədə Cənubi Qafqazda davamlı münaqişələrin bölgə dövlətlərinin təhlükəsizliyinə, müstəqilliyinə və demokratik inkişafına mane olan, bütün regionun qeyri-sabitliyinin əsas mənbəyi kimi siyasi-tarixi, hüquqi tərəflərinə toxunulub.
Müəllim və tələbə auditoriyasının ATƏT-in Minsk Qrupunun fəaliyyəti və münaqişənin tənzimlənməsində maneələr, Xocalı soyqırımı, məcburi köçkünlərin vəziyyəti, qondarma “erməni soyqırımıâ€� və Azərbaycanın xarici siyasət kursu ilə bağlı çoxsaylı suallar cavablandırılıb.
Mühazirə iştirakçılarına “Qarabağ barəsində həqiqi faktlar silsiləsiâ€�ndən olan “Azərbaycan əleyhinə müharibə - mədəni irsi hədəf alaraqâ€� filmi nümayiş etdirilib və “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT sənədləriâ€�nin toplusu, münaqişəyə həsr olunmuş digər buklet və kitablar paylanıb. Universitet kitabxanasına isə “Xocalı faciəsi – beynəlxalq baxışâ€� kitabı və Ermənistanın Azərbaycana təcavüzünün nəticələrini əks etdirən xəritə hədiyyə edilib.