Muzey Mərkəzində TÜRKSOY-un qeyri-maddi mədəni irsin qorunmasına dair III Beynəlxalq seminarı keçirilir
Bu gün Bakıda Muzey Mərkəzində TÜRKSOY-un qeyri-maddi mədəni irsin qorunmasına dair III Beynəlxalq seminarı işə başlayıb. KƏLAMİNFO xəbər verir ki, “Türkdilli xalqların qeyri-maddi mədəni irsinin konvensiyalaşdırılması, inventarlaşdırılması və proqramlaşdırılmasıâ€� mövzusunda seminarı Mədəniyyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir. Seminarın açılışına TÜRKSOY-un məsul işçiləri, Türkiyə, Qazaxıstan və digər ölkələrdən gəlmiş mütəxəssislər qatılıblar.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edrək seminarla bağlı fikirlərini bildirib. O, tədbirin ilk günü “Türk dünyasının qeyri-maddi mədəni irsinin qorunması və dəstəklənməsinin konvensiyalaşdırılması perspektivləriâ€� mövzusunda məruzə dinləniləcəyini söyləyib.
Qeyd edək ki, günün ikinci yarısında seminar iştirakçıların 2010-cu il üçün Azərbaycanın sənətkarlıq paytaxtı elan olunan Şəkiyə yola düşməsi və aprelin 28-də seminarın işini Şəki şəhərində davam etdirməsi planlaşdırılır.
Şəki şəhərində davam olunacaq seminarda TÜRKSOY-un qeyri-maddi mədəni irsin Beynəlxalq Reyestrinin formalaşdırılmasının imkanları, “Türk dünyasının xalq yaradıcılığı paytaxtlarıâ€� Beynəlxalq Proqramı layihələri müzakirə olunacaq. Ertəsi gün iştirakçıların Şəki şəhərinin muzeyləri və tarixi abidələri ilə tanışlığı gözlənilir.
Aprelin 30-da şəhərimizin qonaqları üçün İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğuna, Azərbaycan Dövlət İncəsənət Muzeyinə və Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə ekskursiyaları təşkil olunacaq.