Katolikos II Qaregin: “Dağlıq Qarabağ münaqişəsinin həlli uzaqda deyilâ€�
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin istəyirik. KƏLAMİNFO xəbər verir ki, bu sözləri Bakıda keçirilən Dünya dini liderlərinin sammitində bütün ermənilərin katalikosu II Qaregin söyləyib.
“Münaqişə həll olunduqdan sonra Ermənistanla Azərbaycan arasında yeni sülhün bərqərar olunması təmin olunacaq. Düşünürəm ki, o gün uzaqda deyil. Regionda bütün bağlı qalan sərhədlər açılacaq və insanlar əvvəlki kimi yenə mehriban yaşayacaqlar. Necə ki, bizə şərait yaradıldı, azad şəkildə Bakıya gəldikâ€�,-deyən Qaregin təklif edib ki, növbəti sammit Ermənistanda keçirilsin. “Əgər bu təklif qəbul olunarsa, Şeyxülislam Hacı Allahşükür Paşazadənin də Ermənistana gəlməsindən məmnunluq duyarıqâ€�,-deyə katolikos vurğulayıb.