TQDK “Magistrâ€� jurnalının xüsusi buraxılışının 3-cü sayını nəşr edib
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən “Magistrâ€� jurnalının xüsusi buraxılışının 3-cü sayı nəşr edilib. Jurnalda bütün ixtisaslaşmalar üzrə ali təhsil müəssisələrinin magistraturalarına qəbul proqramları təqdim olunur. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər.
Proqramlar bakalavr səviyyəsinin ixtisas sahələri üzrə qruplaşdırılaraq 4 kitabçada nəşr edilib. Bunlar “Texniki elmlərâ€� (T), “Təbiət -texniki elmlərâ€� (TT), “Aqrar və balıq təsərrüfatıâ€� (AT), “Ekologiya və təbiətdən istifadəâ€� (ET), “İqtisadiyyat və idarəetməâ€� (İİ), Maarifâ€� (M) “Təbiət elmləriâ€� (TE) və “Humanitar və sosial elmlərâ€� (HS) ixtisas sahələridir.
Kitabçaların giriş hissəsində bakalavrlara magistratura səviyyəsində ixtisaslaşmaları necə seçmələri, uyğun proqramlardan necə istifadə etmələri, qəbul imtahanının ikinci mərhələsinə hansı proqram əsasında hazırlaşmalı olduqları barədə geniş izahat verilib. Sonrakı səhifələrdə “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəliâ€� və qəbul imtahanı proqramları dərc edilib. Magistraturaya qəbul aparılan ixtisaslaşmaların siyahısı, ixtisaslaşma seçimi haqqında elan və digər zəruri məlumatlar “Magistrâ€� xüsusi buraxılışının növbəti sayında dərc olunacaq.