Mətbuat Şurası 7 qəzet və 1 jurnalı “reket nəşrâ€� elan edib
Bu gün Azərbaycan Mətbuat Şurasında (MŞ) İdarə Heyətinin üzvü, “İki sahilâ€� qəzetinin Baş redaktoru Vüqar Rəhimzadənin sədrliyi ilə “Reket jurnalistikaâ€�ya qarşı mübarizə Komissiyasının növbəti iclası keçirilib. MŞ-dan KƏLAMİNFO-ya verilən məlumata görə, iclasda V.Rəhimzadə bildirib ki, ilin əvvəlindən komissiyaya 20-dən çox şikayət daxil olub.
O, şikayətlər əsasında toplanan materiallar barədə məlumat verib. Müzakirələrdən sonra 7 qəzet və 1 jurnal “reket nəşrâ€� elan olunub, 1 qəzetə isə ciddi xəbərdarlıq edilərək adının “qara siyahıâ€�ya salınması barədə rəyə gəlinib. Digərləri barədə araşdırmaların davam etdirilməsi zəruri sayılıb.
Şuranın Katibliyinə rəylərdə əksini tapan məsələlər barədə MŞ-nın İdarə Heyətinə ümumiləşdirilən təqdimat hazırlamaq həvalə edilib.
Qeyd edək ki, Mətbuat Şurasına daxil olan şikayətlərin müvafiq qismi qurumun Katibliyi və Şikayətlər üzrə Komissiyasının tövsiyyəsinə uyğun olaraq “Reket jurnalistikaâ€�ya qarşı mübarizə Komissiyasında nəzərdən keçirilir. Komissiya həmin məsələlərlə bağlı rəy çıxarır, təkliflərini verir, həmin sənədlər son mərhələdə Şuranın İdarə Heyətində dəyərləndirilir. İdarə Heyəti prosedur qaydalara əsasən yekun qərarlar çıxarır.