Qırğızıstanda baş verən iğtişaşlar zamanı ölənlərin sayı 68-i ötüb
Qırğızıstanda son iğtişaşlar zamanı ölənlərin sayı 68 nəfər həlak olub. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyindən "AKİpress" agentliyinə bildiriblər.
Yaralananların sayı isə 500-ü ötüb.
Qeyd edək ki, artıq Qırğızıstan müxalifəti ölkəyə nəzarəti ələ keçirib.
Bu gün səhər isə Qırğızıstan Xalq Etimad Hökuməti yaradılıb. Hökumətə sabiq xarici işlər naziri Roza Otunbayeva rəhbərlik edir.