Hüseyn Cavid Ev Muzeyinin direktoru Gülbəniz Babaxanlı Özbəkistana səfərə gedir
Aprelin 8-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya elmləri namizədi Gülbəniz Babaxanlı Özbəkistana səfər edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər.
Səfərin məqsədi aprelin 9-da Daşkənd şəhərində keçirilən “Topal Teymurâ€� dramının 85 illik yubileyinə həsr olunan elmi konfransda iştirak etməkdir.
Qeyd edək ki, konfransın təşkilatçıları Azərbaycanın Özbəkistandakı səfirliyi, “Teymurilərâ€� Muzeyi və Hüseyn Cavidin Ev Muzeyidir.
Səfər aprelin 12-dək davam edəcək.